Fransa polis zabitlərinə qarşıdan gələn Olimpiya Oyunlarında "Fransanın müsbət imici" üçün vəzifə yerinə yetirərkən saqqız çeynəmək qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanin deyib.
“Heç bir saqqız olmayacaq, biz telefonlara baxmırıq, insanları salamlayırıq və bütün vəziyyətlərdə sakitliyimizi qoruyuruq. Bir-iki nəfərin özünü yaxşı aparmaması kifayətdir ki, qəzetlərin manşetlərinə düşək”, - o bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları qonaqpərvər Fransa imicini qoruyub saxlamalıdırlar.
Oyunların təhlükəsizliyini təmin etmək üçün hər gün orta hesabla 35 minə yaxın polis və jandarm (açılış mərasimində 45 minə qədər) və 18 min əsgər səfərbər olunacaq.
Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi