Türkiyə olmasaydı, Kritdə, Şuşada, Xocalıda olanlar Kiprdə də baş verərdi. Adamızda da etnik mənsubiyyətə görə türklərə qarşı kütləvi qırğınlar baş verib.
BUTA.TV xəbər verir ki, bunu iyulun 18-də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Törə Lefkoşada Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib.
ŞKTC parlamentinin binasında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, VI çağırış Milli Məclisin deputatları - Hikmət Məmmədov, Musa Quliyev, Fatma Yıldırım, Fazil Mustafa və Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.
Z.Töre qeyd edib ki, Osmanlı dövlətinin Kipri tərk etdikdən sonra 96 il ərzində kipr türkləri təzyiqlərlə üzləşiblər.
“Türkiyə Silahlı Qüvvələrinin Kiprdə 1974-cü il iyulun 20-də başlayan sülhməramlı əməliyyatı qanunsuzluğa son qoydu”, - deyə ŞKTC parlamentinin sədri qeyd edib.
Z.Töre Türkiyə Silahlı Qüvvələrinin əməliyyatını Kipr türklərinin qürur mənbəyi adlandıraraq, türk qoşunlarının desantının ildönümünün ŞKTC sakinləri üçün ən böyük bayram olduğunu vurğulayıb.
O qeyd edib ki, məhz Türkiyənin sayəsində Kipr türkləri artıq 50 ildir ki, azad və təhlükəsiz yaşayırlar. “Yaxşı ki, Türkiyə var, türk dünyası və Azərbaycan var. Biz bir türk millətinin hissələriyik!”, – deyə ŞKTC parlamentinin sədri bildirib.
VI çağırış Milli Məclisin deputatı Əhliman Əmiraslanov da öz növbəsində Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümü ərəfəsində Lefkoşada olmaqdan məmnunluğunu ifadə edib. O, tədbirlərin yüksək səviyyədə təşkilinə görə ŞKTC rəhbərliyinə minnətdarlığını bildirib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı