Məşhur “Nyu York Tayms” qəzetinin birinci səhifəsində İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın təsviri olan “İranda dəyişiklik vədləri” başlıqlı yazı dərc edilib.
BUTA.TV xəbər verir ki, qızı ilə təsvirinin paylaşıldığı məqalədə Pezeşkianın bəyanatları və Qərblə əlaqələri haqqında dedikləri yer alıb.
Məqalədə Məsud Pezeşkianın şəxsi həyatına və həyat yoldaşının yol qəzası nəticəsində dünyasını dəyişməsinə, seçkilərdə qalib gəldikdən sonra mərhum xanımı üçün tökdüyü göz yaşlarına və sevgi dolu sözlərinə toxunularaq yazılıb:
“İranda siyasətçilərin göz yaşları və romatik açıqlamaları nadir hallarda kamera qarşısında baş verir”.
Həmçinin qəzet yazıb ki, Məsud Pezeşkian xanımının yoxluğunda ailəsinin və üç övladının yanında olduğu kimi, xalqının da yanında qalacağına söz verib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı