Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.
BUTA.TV oxu.az-a istinadla xəbər verir ki, vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı bildirib: "Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portalda da qeydiyyatda kişi cinsi olaraq düşüb. Buna fikir verməmişdim.
Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni qadın. Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.
Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, "ASAN xidmət"lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib".
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?