Limonun saysız-hesabsız faydalarından yararlanmaq üçün onu bir çox formada istifadə etmək olar. Dondurulmuş limonla isə daha sağlam qidalanmaq mümkündür. Belə limonları adətən təmiz tərkibli su ilə içmək daha təsirlidir.
“BUTA.TV” xarici mətbuata istinadən dondurulmuş limonun faydalarını təqdim edir:
Limonu necə dondurmaq olar?
Yay aylarında limondan daha geniş şəkildə faydalanmaq olar. Bunun üçün limonu dondurmaq kifayətdir. Əvvəlcə limonları hissələrə ayırın. Sonra bərabər böldüyünüz limon dilimlərini dondurucu torbalara yığaraq soyuducuya yerləşdirin. Onu dondurduqdan sonra istədiyiniz kimi istifadə edib faydalarını görə bilərsiniz.
Dondurulmuş limon...
İmmuniteti gücləndirir: Dondurulmuş limonun tərkibindəki komponentlər daha təzə qalır. Bu şəkildə limonu dondurucudan çıxarıb istədiyiniz zaman şorba və çaylarınıza əlavə edə bilərsiniz. Beləliklə, həm yay, həm də qış aylarında limonun sağlam antioksidant xüsusiyyətlərindən faydalanmaq və immuniteti gücləndirmək olar. Limonun antioksidan xüsusiyyəti bədəndəki toksinlərin çıxarılmasını təmin edir.
Arıqlamağı asanlaşdırır: Dondurulmuş limon arıqlamağı asanlaşdırır. Tərkibindəki turşulara görə o, maddələr mübadiləsini sürətləndirir. Bu yolla siz daha asan arıqlayacaqsınız.
Xərçəngin müalicəsi üçün lazımdır: Araşdırmalar göstərir ki, limon orqanizmi demək olar ki, bütün xərçəng növlərinə qarşı qoruyur. Limonu dondurulmuş formada istehlak etməklə xərçəngə qarşı daha çox qoruna bilərsiniz. Limon xərçəngin formalaşma mərhələsində xərçəng hüceyrələrinə qarşı güclü köməkçidir.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?