Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden növbəti prezident seçkilərindən geri çəkilib.
“BUTA.TV”nun məlumatına görə, Baydenin bu qərarı nəticəsində Amerikada 56 il sonra tarix təkrarlanıb.
Belə ki, seçkilərdə iştirak hüququ olan prezidentin bundan imtina etməsi halı sonuncu dəfə 1968-ci ildə baş vermişdi. Həmin dönəm bu addımı ABŞ Prezidenti Lindon Conson atmışdı.
Buna səbəb isə onun Vyetnam müharibəsi nəticəsində populyarlığını itirməsi və səhhətində yaranan problemlər olmuşdu.
Qeyd edək ki, Lindon Conson 1960-cı ildə Demokrat partiyasından daxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin Con Kennediyə məğlub olmuşdu.
Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson, 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutub.
L.Conson 1968-ci ildə nüvə silahının yayılmaması haqda müqavilə imzalayır, prezidentliyinin sonuna yaxın silahlanmanı məhdudlaşdırmaq haqda danışıqlara hazırlıq görür. Lakin onun Vyetnamda uğursuz müharibəyə başlaması xarici siyasi kursun iflası olur.
Növbəti prezident seçkilərində vitse-prezident Hübert Hemorrinin namizəd göstərilməsinə yardımçı olur.
Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat edib.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?