Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib. Hadisə ilə bağlı hər iki şəxs polis tərəfindən saxlanılıb.
Məsələnin hüquqi tərəfləri ilə bağlı BUTA.TV-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Ağadadaş Ağayevin balta ilə hücum etməsi olduqca ciddi məsələdir:
“Bütün bunların hamısını öncə gərək istintaq araşdırsın. Düzdü, hadisə ilə bağlı videogörüntülər var. Bu özlüyündə əsas sübutlardan biridir. Yazılanlardan belə başa düşülür ki, birinci Ağadadaş Ağayev hücum edən tərəf olub. Lakin görünən odur ki, idmançı daha güclü olub və onu yıxaraq döyüb. Əvvəl aydınlaşdırmaq lazımdır ki, Ağadadaş Ağayevin bu baltanı gətirməkdə məqsədi nə olub. Bunu öncədən demək çətindir. Amma onun əlində balta ilə hücum etməsi çox ciddi məsələdir. Bu addımı həm adam öldürməyə cəhd, həm də ağır xəsarət yetirmə maddələri ilə bağlamaq olar”.
Hüquqşünas xalq artistinin əməlinin daha ciddi məsuliyyət daşıdığını qeyd edib:
“Mühafizəçinin də əməllərində qanun pozuntusu var. Düzdü, o ilk əvvəl özünü müdafiə edib və bu onun hüququdur. Ancaq müdafiə adekvat olmalıdır. Mənə elə gəlir ki, hər ikisinin əməllərində cinayət tərkibi var və araşdırılıb qiymət verilməlidir. Ola bilsin ki, Ağadadaş Ağayevin əməli daha ağır hesab edilsin. Çünki o baltanı atan zaman başqa bir xanıma da xəsarət yetirib. Hesab edirəm ki, istintaq bununla bağlı tam dəqiq araşdırma aparacaq”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?