Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev və "MedEra Hospitalı"nın mühafizəçisi bir-birilərinə xəsarət yetiriblər. Baş verən hadisə hospitalla bağlı müzakirələrə səbəb olub. BUTA.TV klinika ilə bağlı bəzi məlumatları təqdim edir:
Mediada dərc olunan xəbərlərə görə, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur. Bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital” klinikasına direktor müavini təyin olunur. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, ancaq əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?