Naxçıvan Muxtar Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (sonradan nazir müavini) Nicat Babayev vəzifəsindən çıxan kimi gəzmək adıyla ailəlikcə Amerikaya Birləşmiş Ştatlarına (ABŞ) köçüb.
Demokrat-ın əldə etdiyi məlumata görə, onun daha geri dönmək fikrinin olmadığı deyilir. Məlumata görə, Nicat Babayev 2024-cü il may ayında ABŞ-a gedib. Sabiq nazirin qəfil Amerikaya köçməsi müəmmalıdır. Onun həyat yoldaşı Naxçıvan Universitetində müəllim kimi çalışırdı. İddialara görə, Nicat Babayev həyat yoldaşını da işdən çıxararaq özü ilə birlikdə ABŞ-a aparıb.
İddia olunur ki, sabiq nazir müavini ABŞ-a köçməmişdən xeyli vaxt öncə işlərini planlayıb. Amerikadakı yaxın qohumu vasitəsilə orada özünə biznes qurub. Onun Naxçıvan və Bakı şəhərində bir neçə yerdə evi, biznest obyektləri olub. Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.

- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?