İranın hərbi müşaviri Milad Beydi iyulun 30-da İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
“İranın hərbi müşavirlərindən biri olan Milad Beydi İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində öldürülüb. Beydinin cəsədi bir neçə saat əvvəl tanınıb. O, Hizbullahın hərbi lideri Fuad Şokrla yanaşı yaşayırmış”, - deyə bildirilib.
Qeyd edək ki, 30 iyulda İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutda Hizbullah hədəflərinə zərbələr endirdiyini, qruplaşmanın komandirlərinin məhv edildiyini açıqlamışdı.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?