İyulun 30-dan 31-nə keçən gecə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra həbs edilənlər arasında İranın xüsusi polis bölmələrinin komandiri general Həsən Kərəmi də var.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun casusluq ittihamına görə həbs edildiyi bildirilir.
SEPAH-a bağlı "Tasnim" xəbər agentliyi isə Kərəminin həbs edilməsi xəbərini təkzib edib.
Agentlik Həsən Kərəminin bu gün səhər iş yerində olduğunu yazsa da, onun niyə media nümayəndələri qarşısına çıxmaması və ya görüntülü bəyanat verməməsinə aydınlıq gətirilməyib.
Media nümayəndələrinin H.Kərəmidən açıqlama almaq cəhdləri baş tutmayıb, onun məşğul olduğu iddia edilib və jurnalistlərə vaxt ayıra bilməyəcəyi deyilib.
Qeyd edək ki, İsmayıl Haniyənin öldürülməsinə görə SEPAH-ın təhlükəsizlik bölməsi 20-dən çox şəxsi həbs edib. Onların arasında yüksək rütbəli zabitlər və Haniyənin qaldığı mehmanxananın əməkdaşları da var.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı