2016-cı il 15 iyulda Türkiyədə baş verən çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı hazırlanan sui-qəsd planının detalları ortaya çıxıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Məlumata görə, həmin vaxt sui-qəsdin gerçəkləşməsi üçün yardıma gedən Türkiyə ordusunun iki zabitinin səs yazısı 8 il sonra deşifrə edilib. Onların çevriliş zamanı İzmirdə yerləşən hərbi donanmada sui-qəsdçilərin helikopterinin eniş etməsinə icazə verdikləri məlum olub. Həmçinin helikopterlərin FETÖ təşkilatının üzvlərini daşınmasına da şərait yaradıblar.
Hadisədən 7 il sonra mütəxəssislər çevriliş zamanına aid telefon danışıqları və cihazlardakı səs yazılarını yoxlamağa başlayıblar. Bu zaman gözlənilməz şəkildə iki zabit arasında keçən dialoq ortaya çıxıb. Səs yazısındakı şəxslərin prezidentə sui-qəsd təşkil edən komandaya rəhbərlik edən keçmiş briqada generalı Gökhan Şahin Sönmezateş və keçmiş mayor Şükrü Seymenə məxsus olduğu müəyyənləşib. Onların “Qartal 1” və “Kurt” təxəllüsündən istifadə edərək komandaları yönləndirdikləri bəlli olub.
Hər iki zabit barəsində cinayət işi açılıb və ömürlük həbsə məhkum ediliblər.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı