Türkiyə tamhüquqlu hərbi-siyasi blok yaratmağı planlaşdırır. Türk Dövlətləri Təşkilatı Ankaranın rəhbərliyi altında bununla fəal şəkildə məşğuldur.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Artamonov deyib.
“Bu, Azərbaycan, Qırğızıstan və Qazaxıstanı birləşdirəcək vahid enerji və iqtisadi məkan olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirməyə və ona rəhbərlik etməyə çalışır. Azərbaycan Ordusu artıq NATO standartlarına uyğun hazırlanıb, İsrail və Türkiyə silahları ilə silahlanıb. Qırğızıstan və Qazaxıstan getdikcə “Türk NATO-su”na doğru irəliləyir”, - o bildirib.
Ekspertin fikrincə, təşkilat nə vaxtsa türkdilli bölgələrin Rusiyadan ayrılmasından danışa bilər. O, bu ssenarini Türkiyə və Azərbaycan hakimiyyətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətinin bir hissəsi adlandırıb:
“Türkiyə Orta Asiya respublikalarında da öz təsirini artırır, oraya fikirlərini aşılayır. Rusiya Türk Dövlətləri Təşkilatına dəvət edilmir, çünki onun təşkilatda iştirakı alternativ təsir mərkəzi yarada bilər. Bununla belə, Rusiya tərəfinin təşkilata qoşulma perspektivi artır. Belə bir qərar Türkiyənin BRİKS-ə qoşulması müqabilində verilə bilər”.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı