Rusiyanın bu təyyarələri vurmaq imkanı var. Amma Ukrayna onların təhlükəsizliyini təmin etmək üçün lazım olan işləri görüb. F-16-lardan hətta birinin ilk döyüşlərdə itirilməsi artıq müəyyən problemlər ortaya çıxara bilər. Odur ki, təhlükəsizlik məsələləri həll edilib və pilotlara da lazımı təlimatlar verilib.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın ilk F-16 partiyasını təhvil alması haqda danışarkən deyib.
Onun sözlərinə görə, F-16-lar ilk vaxtlar döyüş meydanında deyil, HHM sistemləri kimi istifadə olunacaq:
“Ukrayna Müdafiə Nazirliyinin bəzi rəsmiləri ilə şəxsi danışıqlarım oldu. Onlar bu qırıcıların təhlükəsizlik məsələsinin önəmli olduğunu dedilər. Bu gün F-16-lar təyyarədən daha çox hava hücumundan müdafiə sistemi kimi istifadə ediləcək. 300 km məsafədə hədəflərin müəyyən edilməsi və zərərsizləşdirilməsi üçün müvafiq komandanlığa məlumatların ötürülməsi ilə bağlı işlərdə istifadə olunacaq. Aktiv döyüşlərdə onları hələ istifadə etmirlər”.
Hərbi ekspertin sözlərinə görə, F-16-larla bağlı planlar böyükdür və yaxın vaxtlarda onun nəticəsi özünü göstərə bilər:
“Hələlik, cəmi 10 ədəd F-16 gəlib və bu, Ukrayna üçün böyük dəyişiklik yaratmayacaq. Amma ruslar artıq raket atışlarının sayını azaldıb. Bu vaxta kimi gün ərzində 50 min mərmi atırdılarsa, indi atışların sayı 43 minə düşüb. Ruslar hiss edirlər ki, mərmiləri qorumaq lazımdır. İyul ayında Krım körpüsü ilə bağlı məsələ həll olunmalı idi. Amma Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirdi ki, bu, yaxın aylarda öz həllini tapacaq. Bununla bağlı işlər gedir. Böyük ehtimalla F-16-larla Krımda yerləşdirilən S-500-lərin sıradan çıxarılması və Krım körpüsünün vurulması əməliyyatı həyata keçiriləcək. Sadəcə, bu planı həyata keçirmək üçün məqam və imkan araşdırılır”.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı