Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 02 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.
Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı