“Vaqner” bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurska hərəkət edir.
BUTA.TV xəbər verir ki, bu barədə “On üçüncü” təxəllüsü ilə tanınan hərbi müxbir Yeqor Quzenko məlumat yayıb.
“Vaqner” döyüşçüləri Rusiyaya qayıdırlar”, – hərbi müxbir öz Teleqram kanalında yazıb.
Quzenkonun dərc etdiyi videoda döyüşçülər Ukrayna ordusunun mövqelərini məhv etmək üçün Kurska hərəkət etdiklərini bildiriblər.
Qeyd edək ki, Ukrayna ordusunun bölmələri Kurska hücum edib və 11 kəndi ələ keçirib. Hazırda Ukrayna qüvvələrinin hücumu davam etdirilir, ərazidə şiddətli döyüşlər gedir.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...