Ukrayna hərbçiləri Kursk vilayətində peşəkar şəkildə irəliləyir və Rusiya qüvvələrini məğlub edirlər.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı deputat Roman Kostenko bildirib.
"Qoşunlarımız irəliləyir, düşməni məğlub edir, ən əsası isə kifayət qədər peşəkarcasına irəliləyir. Bu, müasir optik kəşfiyyata, insan zəkasına, müasir informasiya ötürmə vasitələrinə baxmayaraq, təəccüb effekti yaradan nadir əməliyyatlardan biridir, bəlkə də yeganədir. Müasir müharibədə buna nail olmaq olduqca çətindir", - deyə o söyləyib.
Kostenko iddia edib ki, Ukrayna ordusu Rusiya qüvvələrinin ən zəif olduğu yeri tapıb və bütün mümkün vasitələrlə zərbə endirməklə uğur əldə edir.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...