Dağıstanın Xasavyurt rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.
“Bu gün təxminən saat 05:30-da Xasavyurd-Babayurd avtomobil yolunun 29-cu kilometrində Qızılyurd rayonunun 28 yaşlı sakini VAZ-2131 markalı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxıb və Xasavyurd rayonunun 54 yaşlı sakininin idarə etdiyi VAZ-21102 markalı avtomobillə toqquşub”, - məlumatda deyilir.
Qurum qeyd edib ki, toqquşma nəticəsində hər iki sürücü və onların iki sərnişini - 64 yaşlı qadın və 29 yaşlı kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...