Ermənistanın Gorus şəhəri ilə İranın Kaşan şəhəri tezliklə qardaşlaşacaq.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalistlərə Qoris şəhərinin meri Aruş Aruşanyan məlumat verib.
Onun sözlərinə görə, artıq İranın baş konsulu ilə ilkin razılaşmalar əldə olunub, əməkdaşlığın qurulması istiqamətində əməli addımlar atılıb.
Aruşanyan vurğulayıb ki, Kaşanla tərəfdaşlıq erməni və İran xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq.
"Ümid edirik ki, Kaşanla belə əməkdaşlıq İrandan daha çox qonaq cəlb edəcək", - mer əlavə edib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...