Rəqqasə Rəna Ağamuradovanın (Renka) sifariş etdiyi taksidə çətin anlar yaşaması ilə bağlı paylaşdığı videoya "Uber" taksi şirkəti reaksiya verib. BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, şirkət sürücünün bu cür davranışının yolverilməz olduğunu və xidmət standartlarına uyğun gəlmədiyini açıqlayıb. "Dəstək xidməti artıq operativ şəkildə sərnişinlə əlaqə saxlayıb və partnyor servisin sürücüsünün sifarişlərə daxil olmasını əngəlləyib", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, ötən gün rəqqasə Renka "Uber" taksi sürücüsünün bütün yolboyu telefonda qışqırıb söyüş söyməsindən və sonda ondan üzr istəməməsindən gileylənən paylaşım etmişdi.
- İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!
- Putin Ermənistanda “peşka”larını qurban verir
- Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı
- İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq
- Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
- Ərdoğan Xankəndiyə səfər edəcək
- Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?
- Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş...