Qəzza zolağında atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur.
BUTA.TV xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Misirli nazir vurğulayıb ki, Qəzzada dərhal və hərtərəfli atəşkəs razılaşması mümkün qədər tez əldə edilməlidir:
“Bunun üçün son dərəcə ciddi yanaşma və danışıqlar aparan tərəflərdən real siyasi iradənin təzahürü tələb olunacaq”.
Qeyd edək ki, Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin Dohada baş tutacağı gözlənilir.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...