Vaşinqton iddia edir ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.
"İsrailə qarşı kütləvi raket hücumu təhdidlərinə gəlincə, İran bu cür hərəkətlərin qismən qanuni olduğunu sübut etməyə çalışıb.
Bu, qətiyyən doğru deyil. Baş verənlərin heç biri genişmiqyaslı silahlı hücuma haqq qazandırmır. Bu baş verərsə, biz İsraili müdafiə etməyə hazırıq. Amma iranlıları da bu yola getməməyə çağırardıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olardı.
Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq", - o bildirib.
Vaşinqton administrasiyasının rəsmisi Tehranın İsrailə hücumu halında ABŞ-ın özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib:
"Sadəcə onu deyim ki, regiona vəziyyətin istənilən mümkün inkişafı üçün tələb olunan əhəmiyyətli hərbi ehtiyatlar köçürdük. Biz öz fəaliyyətlərimizi tərəfdaşlar və müttəfiqlərlə əlaqələndiririk".
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?