Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 25-də Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Oradan tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", - deyə o vurğulayıb.
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu