Etibarlı mənbələrdən bizə belə bir məlumat daxil olub ki, "Rus evi" daha çox "Rus kəşfiyyat evi" kimi fəaliyyət göstərir. Biz media resursu olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən hər kəsi ifşa edirik. Rusiyada federal səviyyədə vəzifədə olan Yevgeni Primakov isə əlində olan media resursları ilə hay-küy qoparıb bizim səsləndirdiyimiz fikirləri fərqli istiqamətlərə çəkməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.
"Mən üzümü Yevgeni Primakovun simasında Rusiyadakı şəxslərə tutub deyirəm ki, siz bizim ortaya qoyduğumuz iddia barədə hüquqi müstəvidə tədbirlər görə bilərsiniz. Amma bunu bir media resursunun üzərindən götürüb azərbaycanlılara qarşı təbliğatın predmetinə çevirməyə çalışırsınızsa, deməli, burada başqa bir maraq var. Eyni zamanda məsələni hüquqi müstəviyə daşımırsınızsa, bizim iddiamızın, əslində, əsaslandırıla biləcəyindən xəbərdarsınız", - deyə o vurğulayıb.
Ətraflı süjetdə:
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...