Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu qeyd edib.
“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Qeyd edilən ittihamların tamamilə əsassız olduğu bildirilib.
Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu
- Qəfil ölən keçmiş səfir tanınmış şəxsin qardaşı imiş