Hərbi və siyasi məsələləri qarışdırmayın.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında deyib.
“Silahlı qüvvələr yerində dayanmır, onlara verilən tapşırıqlar hazırda sərhəddə olan çağırışçı əsgərlərimiz tərəfindən yerinə yetirilir, müqaviləli əsgərlər isə öz tapşırığını yerinə yetirirlər”, - Asryan bildirib.
Demarkasiya və delimitasiya nəticəsində Azərbaycan Ordusunun Cermuka bitişik əraziləri tərk edəcəyi ilə bağlı verilən sualı Asryan belə cavablandırıb:
“Mən bu suala cavab verə bilmərəm, demarkasiya və delimitasiya komissiyası məhz buna görə mövcuddur. Demarkasiya və delimitasiya işlərinin nəticələrini izləyəcəyik, onlar hər şeyi göstərəcək”.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!