Ötən gün deputat Tənzilə Rüstəmxanlının Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında Hacı Şahinlə bağlı dedikləri müzakirə olunur.
Xatırladaq ki, dünən mediada yayılan xəbərdə bildirilirdi ki, T.Rüstəmxanlı şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bununla bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə xanımın fikirlərinin geniş şəkildə işıqlandırılmadığını bildirib:
“Belə ki, onun şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib”.
VHP-nin bəyanatında o da bildirilir ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlməsi də olmayıb:
“Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”.
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...