Xəbər verdiyimiz kimi, Rəvan Şahhüseynli haqqında Xarici İşlər Nazirliyində araşdırma aparılıb və onun diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi sübut olunduğundan, Yunanıstandakı səfirliyimizin birinci katibi vəzifəsindən geri çağırılıb və diplomatik fəaliyyətinə xitam verilib.
BUTA.TV xəbər verir ki, Rəhman Şahhüseynli Türkiyənin Orta Doğu Texnik Universitetində magistratura təhsili alıb.
2001-ci ildə təqaüd proqramı ilə Yaponiyaya gedib. 2002-ci ildə Azərbaycan-Yaponiya Dostluq Dərnəyini təsis edib.
2007-ci ildə Osaka Universitetində doktorantura təhsilini bitirdikdən sonra Azərbaycana qayıdıb. 2009-cu ildə isə yenidən Yaponiyaya gedib və bələdiyyədə çalışıb (4,5 il), 2011-2013-cü illərdə eyni zamanda Doşişa Universitetində (2,5 il) işləyib.
2013-2019-cu illərdə (5 il 10 ay) ADA Universitetində fəaliyyət göstərib. 2019-cu ildən Xarici İşlər Nazirliyində işə düzəlib. XİN Mərkəzi Aparatında 4 il 2 ay çalışdıqdan sonra, 2023-cü ildə Azərbaycanın Yunanıstandakı səfirliyinə birinci katib göndərilib.
Birinci katib kimi 1 il 7 ay işləyib, 2024-cü il sentyabrda geri çağırılıb və diplomatik fəaliyyətdən yuxarıda göstərilən səbəblərdən xaric edilib.
2021-ci ildə Mərkəzi Aparatda çalışdığı vaxt töhmət alıb.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!