Gürcüstan regionda sabitlik və sülhə sadiqdir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki tərəf üçün məqbul olacaq, sülh və sabitliyə nail olmağa imkan verəcək. Gürcüstan öz növbəsində bu istiqamətdə qonşuları ilə əməkdaşlığa hazırdır”, - o bildirib.
Eyni zamanda, nazir bəyan edib ki, bölgədəki təhlükəsizlik çağırışlarından danışarkən, Gürcüstanın regionlarını işğal edən Rusiyadan qaynaqlanan çağırışlar da nəzərə alınmalıdır.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi