Martakertdə (Ağdərə – red.) yerləşən 49971 saylı hərbi hissədə yeni çağırışçılar rəsmən qurban verildi. Onlar xüsusi amansızlıqla öldürülüblər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın DOK Partiyasının rəhbəri, bloger Vardan Qukasyan deyib.
O, sözügedən hərbi hissədə yeni çağırışçıların işgəncə ilə öldürüldüyünü və daha sonra cəsədlərinin tapıldığını bildirib:
“Bizim uşaqlarımız düşmən gülləsinə qurban getmədi, döyüş meydanında həlak olmadılar. Onlar boğulub, şiddətə, işgəncələrə məruz qalıb, əzilərək qətlə yetirildilər. Bunu edən isə bizimkilərdir. 4-cü batalyonun gənc əsgərlərini öldürüb 5-ci batalyonun yerləşdiyi ərazinin yaxınlığında Şell adlanan bölgədə basdırıblar. Onların qətlini gizlətmək üçün ciddi səy belə göstərməyiblər, çox nazik torpaq təbəqə ilə cəsədlərin üstünü örtüblər”.
Qeyd edək ki, bu, Ermənistan ordusunda ilk belə hal deyil. Bir neçə il öncə Sevanda (Göyçə mahalı – red.) yerləşən hərbi hissələrdən birində baş verən yanğın zamanı 15 əsgər həyatını itirib. Yanğının qəsdən törədilməsi güman edilir. İstintaq prosesinin əsassız yerə illərdir uzadılması bu versiyanı qüvvətləndirir.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi