Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
***
Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Report-un əldə etdiyi məlumata görə, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.
Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağcabədidə partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.
Məlumata görə, hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb.
Hadisə zamanı Ülviyyə Məmmədli və Aysun Quliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
***
Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi