Yanvarın 30-da İrəvanın Respublika meydanında bir qrup İran vətəndaşı olan Güney azərbaycanlının “Qarabağ” mahnısını ifa etdiyini əks etdirən görüntülər Ermənistan Milli Təhlükəsizlik Xidmətində araşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “kompleks əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində” internetdə geniş yayılmış və geniş rezonans doğuran videonun “Müstəqil Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri tərəfindən dərc edildiyi üzə çıxıb. Məlumatda vurğulanıb ki, QHT rəhbəri Feysbuk sosial şəbəkəsində G.B. hesabından istifadə etməklə, nifrət və dözümsüzlüyün qızışdırılması və ya təbliği məqsədi ilə ictimai payylaşım və çağırış edib.
“Kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş faktiki məlumatlar” Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş əməlin törədildiyini təsdiqləyib. Buna görə də protokol tərtib edilib və cinayət işinin açılması üçün Ermənistan İstintaq Komitəsinə göndərilib.
Qeyd edək ki, Güney azərbaycanlıların İrəvanın mərkəzi meydanında “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməsini əks etdirən görüntülər erməni mediası və sosial şəbəkələrində panikaya səbəb olmuşdu.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi