Tiqranaşen kəndi (Kərki-red.) "Quql xəritə"də Ermənistan ərazisindən tamamilə silib. Artıq bir müddətdir kənd bizim ölkənin ərazisində göstərilmir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni vəkil Yervand Varosyan deyib.
O, bu məsələyə iki prizmadan yanaşılmalı olduğunu bildirib:
“Doğrudur, Quqlda baş verən dəyişikliklərin heç bir hüquqi nəticəsi yoxdur. Lakin hər hansı özünə hörmət edən dövlət bu kimi məsələlərə müdaxilə etməlidir. Nəticədə belə korporasiyalar dəyişikliklər zamanı bütün detalları nəzərə almağa məcbur olmalıdırlar.
Ümumiyyətlə bu dəyişikliyin hüquqi nəticəsi olmasa da, çox təhlükəli məsələdir. Arxasında kimin dayandığını düşünmək çətindir. Vəziyyət heç də ürəkaçan deyil. Hökumət də heç bir reaksiya vermir”.
Qeyd edək ki, bəzi erməni siyasətçilər İrəvanın Kərkinin Azərbaycana qaytarılması üçün hakim komanda daxilində müzakirələrin aparıldığını iddia edirlər.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi