Türkiyə mediası Xalqların Demokratiya Partiyasından (HDP) olan erməniəsilli millət vəkili Qaro Paylanın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib.
BUTA.TV xəbər verir ki, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib.
Nəşr Qaro Paylanın Ermənistanın Baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib.
Məşhur xəbər resursu “Haber7.com” da Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb.
Portal, həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi