İranın şimalında yerləşən Gilan vilayətində Astara yük terminalı gələn bir il ərzində istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat Təşkilatının sədri Rza Əkbəri yeni yük terminalı ilə yaxından tanış olarkən deyib.
O qeyd edib ki, bu yük terminalının 6 hektar ərazidə tikilməsi üçün hazırlıq işləri aparılır. Hazırda ölkənin rəsmi quru sərhəd keçidlərinin tənzimlənməsi şurasında terminalın xəritəsi araşdırılmaqdadır və yaxın gələcəkdə onun tikintisinə başlanacaq.
Əkbəri vurğulayıb ki, 2023-cü ildə İran və Azərbaycan rəsmilərinin iştirakı ilə yeni körpü istifadəyə verilib. Bu istiqamətdə köhnə terminalın yeni körpü istiqamətinə köçürülməsi və yükdaşımanın tam şəkildə yeni körpü ilə həyata keçirilməsi üzrə işlər aparılır. Bu məsələ İran və Azərbaycan arasında Birgə İqtisadi Komissiyanın Tehran iclasında da xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İclasın sonunda iki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi