Türkiyə Böyük Millət Məclisinin (TBMM) HDP-dən olan sabiq erməniəsilli deputatı Qaro Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə işlətdiyi ifadələr qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mövzu ilə bağlı açıqlamasında yer alıb.
TADEF-in mətbuat katibi, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Qaro Paylanın bu sözlərini bölgədə qarışıqlıq yaratmaq məqsədilə törədilən təxribat kimi qiymətləndirib:
“Federasiya olaraq bu sözləri şiddətlə qınayırıq. Bölgənin sülh və sabitliyə ehtiyacı olduğu bu dövrdə, belə bir açıqlama düşmənçilikdən başqa bir şey deyil. Paylanın Türkiyə vətəndaşlığından çıxarılmasını və ən ağır şəkildə cəzalandırılmasını istəyirik. Cənubi Qafqaz xalqlarının uzun illər gözlədiyi sülhün bu qədər yaxın olduğu bir dövrdə nümayiş etdirilən bu kin və nifrət bölgəni qıcıqlandırmaqdan, bu sözləri ifadə edən kəsin bədbəxt ideologiyasının üzə vurmasından başqa bir şey deyil”.
Paylanın bununla imperialist düşüncələrə xidmət etdiyini göstərdiyini qeyd edən Səfər Qaraqoyunlu deyib:
“Ona xatırlatmaq istəyirik ki, ermənilərin riyakarlığı səbəbindən uzun illər öz doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlılar bu gün tarixi torpaqlarına qayıdır və bu, böyük qayıdış davam edəcək. Qaro Paylan kimilərinin dar düşüncələrinin əksinə, Qafqazda sülh və sabitlik davam edəcək, oradakı xalqlar Azərbaycanın sayəsində nəhayət ki, rifaha çatacaqlar”.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi