Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində Rocer Uiker (Respublikaçılar Partiyası), konqresmen Endi Harris (Respublikaçılar Partiyası), konqresmen Frank Pallone (Demokratlar Partiyası) və konqresmen Riçard Hudsonla (Respublikaçılar Partiyası) görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Görüş zamanı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan sülh prosesi, regional kommunikasiya marşrutlarının açılması imkanları və s. müzakirə olunub.
İclas iştirakçıları regionda sülhün və sabitliyin təmin edilməsinin, eləcə də Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsünün həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Baş nazir Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiq olduğunu bir daha təsdiqləyib və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində ABŞ-ın rolunun vacibliyini vurğulayıb.
Qeyd edək ki, Paşinyanın görüşdüyü senator və konqresmenlər ermənipərəst mövqeləri ilə seçilirlər. Senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti ötən il iyulun 2-də Ermənistana gəlmişdi. Heyət səfər çərçivəsində Ermənistan-Azərbaycan sərhədinə də baş çəkməyi unutmamışdı, Cermukun sosial-iqtisadi vəziyyəti və turizm imkanlarını “yerində” müzakirə etmişdi.
Frank Pallone isə Azərbaycanda kifayət qədər “məşhur” simadır. O, hətta COP29 zamanı da Bakıya gəlmişdi. Pallonenin adı Azərbaycanda qara siyahıdadır.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür