AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı ilk hesabat Qazaxıstan hakimiyyəti tərəfindən dərc olunub. Orada çoxlu dəqiq texniki nüanslar var.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Buna görə aviasiya mütəxəssislərinin şərhlərini gözləmək daha yaxşıdır. Məlumatdan bir şey aydın olur - Qroznı hava limanı yaxınlığında iki partlayış olub və onlardan çıxan qəlpələr təyyarə sistemlərinə ziyan vurub, buna görə də qəzaya uğrayıb. Əslində bu, demək olar ki, dərhal məlum olmuşdu. Orada detallar önəmlidir. Məsələn, niyə təyyarə yaxınlıqdakı hava limanlarına enmədi, amma Aktauya uçdu? Oksigen çəninin partladığı və quşların olduğu versiya haradan gəldi? (Bu versiyaların heç biri ilkin hesabatda təsdiqini tapmayıb – red.). Ekipaja Qroznıda “xalça” əməliyyatı ilə bağlı dəqiq nə vaxt xəbərdarlıq edilib? Bu sualların cavabını hələ görməmişəm. Aviasiya mütəxəssislərinin şərhlərini gözləyirik”, - o bildirib.
Qeyd edək ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabat yayımlanıb. Hesabata əsasən, təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb, “quş sürüsü” və “oksigen balonunun partlaması” təsdiqini tapmayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?