Rusiya Cənubi Qafqazda zəifləyən mövqelərini gücləndirməyə çalışacaq. Lakin bunun necə və hansı vasitələrlə həyata keçiriləcəyini söyləmək çətindir.
BUTA.TV xəbər verir ki. bu sözləri rusiyalı analitik Aleksandr Xramçixin ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında 12 fevralda baş tutan telefon danışığının çoxvektorlu olduğu və bütün dünyanı əhatə etməsi barədə danışarkən deyib.
“Hazırda həm Ermənistan, həm də Azərbaycanın Rusiya ilə problemləri var, Gürcüstanın isə ümumiyyətlə diplomatik əlaqələri yoxdur. Digər tərəfdən, Türkiyə mövqelərini gücləndirir, Azərbaycan bundan daim yararlanmağa çalışır. Ona görə də bütün bunları nəzərə alaraq, regional səviyyədə danışıqların intensivləşməsini proqnozlaşdırmaq olar. Bu geosiyasi dəyişikliklər çox güman ki, Rusiyanın mövqelərinə təsir edəcək, Rusiyanın İran üçün rolunu artıracaq. Bu da öz növbəsində Cənubi Qafqazda Rusiya-İran əməkdaşlığını, deməli, Rusiyanın da rolunu gücləndirəcək. Çoxlu dəyişikliklər gözlənilir, lakin onlar tədricən baş verəcək", - Xramçixin qeyd edib.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi