ABŞ vitse-prezidenti Ceyms Vens ötən gün Münhen Təhlükəsizlik Konfransında proqram xarakterli çıxış etdi. O, Avropa liderlərinin gözünün içinə baxa-baxa onları danladı, iç üzlərini açdı, son zamanlar demokratiyaya, əsl liberalizmə Avropanın “sol-psevdo-liberal” elitasının vurduğu zərbələri üzlərinə çırpdı.
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Vensi zalda dinləyənlər şokda idi:
“Onun çıxışı 20 ildən artıq davam edən Avropanın “SSRİ-ləşməsi”ni görmək, anlamaq, etiraf etmək istəməyən elitanın ifşa etdi: o, söz və fikir azadlığının pozulmasını, “kovid-faşizm”in gətirdiyi maneələri, seçki hüququnun pozulmasının qanunlarla pərdələnməsini açıq-aydın dedi.
Dünyada yaranmaqda olan trend sevindiricidir, əsl demokratik təsisatlar önə çıxmalı, “political correctness” adı altında söz və ifadə azadlığının boğulmasının qarşısının alınması sona çatmalıdır, əsl liberal, demokratik dəyərlər geri qayıtmalı, insanların fikir və düşüncəsinə görə təqib olunması bitməlidir.
Dünya artıq “qərbyönümlü”, “rusiyayönümlü”, “çinyönümlü” kimi ştamplardan uzaqlaşmalıdır; 150 il bundan öncə institutlaşmağa başlayan ideologi bölgü önə çıxır – və bu, əladır. Ölkələr, siyasi partiyalar, cərəyanlar, elitalar ideoloji kimliyi ilə önə çıxıb, dünyadakı yeni bölgüdə yer almağa çalışmalıır”.
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş
- 15 mindən çox şəxs magistraturaya imtahan verəcək