Məsud Pezeşkian məktəblərdə ana dillərinin (qeyri-fars – red.) tədrisinin tərədarıdır, qeyri-fars dillərin tədrisi ilə bağlı parlamentin təqdim etdiyi layihə hökumətin müzakirəsinə verilməyib, hökumətin nümayəndəsinin parlamentdəki çıxışı isə onun öz şəxsi mövqeyidir.
BUTA.TV xəbər verir ki, bunu Pezeşkianın parlamentdəki müavini Şəhram Dəbiri özünün sosial media hesabında yazıb.
“Bu, prezidentin müxtəlif dövrlərdə təbliğat kampaniyasının əsas şüarlarından biri olub və məsələ Konstitusiyanın 15-ci maddəsində də əks olunub. Bu səbəbdən də cənab Pezeşkianın razılıq verəcəyi və buna ehtiyac duyulduğu təqdirdə, hökumətin layihəsini təqdim etməyə hazırıq və millət vəkillərindən də bunu təsdiq etmələrini istəyirik”, - o əlavə edib.
Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.
Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.
Məsud Pezeşkianın parlament vitse-prezidentinin qanunvericilik məsələləri üzrə müavini vəzifəsinə təyin etdiyi Kazim Dilxoş Əbatəri isə səsvermədən əvvəl çıxış edərək, layihənin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu iddia edib və millət vəkillərini layihənin əleyhinə səs verməyə təşviq edib.
O, çıxışında səsləndirdiyi fikirlərin dövlətin rəsmi mövqeyi olduğunu bildirsə də, Məsud Pezeşkianın başqa müavini Şəhram Dəbiri bunu Əbtərinin şəxsi mülahizələri olduğunu iddia edib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər