Böyük Britaniyanın Nottinqem şəhərində Deyv Sinqleton adlı kişinin kliniki ölüm zamanı gördükləri maraq doğurub.
BUTA.TV xəbər verir ki, bu barədə o, “Deyli Mirror”a danışıb. Sinqleton bildirib ki, ürəyi 8 dəqiqəlik dayanıb və bu müddət ərzində axirət dünyasına gedib:
“Gözəl bir bağda gün işığı altında oturmuşdum. Arxamdakı hündür çəpərin o tərəfindən səslər, gülüşlər eşidirdim. Ailəmin və dostlarımın orada olduğunu bilirdim. Onlara qoşulmaq üçün sadəcə çəpərin o tayına keçmək lazım idi. Lakin mən olduğum yerdə qaldım, çünki çox rahat idim. Uzaqda tarlaların arasında görünən təpələrin mənzərəsi möhtəşəm idi. Mən çox sakit, dinc və gözəl bir yerdə idim. Xoşbəxt və məmnun idim”.
Sinqleton 8 dəqiqə sonra həkimlərin onu həyata qaytardığını, həmin gözəl yerdən ayrıldığını bildirib:
“Düzünü desəm, bura çox narahat və səs-küylü olduğu üçün geri qayıtmaq istəmirdim”.
Bu hadisədən sonra Sinqleton kardiostimulyatorla təchiz edilib və həyatına bu cihazla davam edir.
- 26 yaşlı oğlan kafedə qətlə yetirildi
- Müştəri taksidə qarət edildi: 120 minlik oğurluq - Foto
- "Veysəloğlu" AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda...
- Azərbaycan XİN Rusiyanı təbrik etdi
- Sosşəbəkədə yaş məhdudiyyəti: uşaqlar “aldada” biləcək?
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar