Türkiyənin ən böyük şirkətlərindən biri “Zorlu Holding”in İcraçı Direktoru (CEO) Cem Köksal şirkətin digər yüksək səviyyəli idarəçisinə işçilərə göndərdiyi Ramazan mesajı ilə bağlı xəbərdarlıq etdiyinə görə barəsində açılan istintaq çərçivəsində saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu Köksal haqqında “inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq” cinayəti ilə istintaq başladıb.
İstintaq çərçivəsində İstanbul Təhlükəsizlik Müdirliyi Köksalı nəzarətə götürüb.
Qeyd edək ki, “Zorlu Holdinq”in CEO-su Cem Köksal və holdinqə bağlı olan “Vestel”in baş direktoru Ergün Güler Ramazan təbriki “mail”nə görə üz-üzə gəlib. Köksal şirkətin Şəkər və Qurban bayramlarını qeyd etdiyini və holdinqin 70 illik tarixində heç bir “Ramazan bayramı”nın qeyd olunmadığını bildirib.
Köksal, “Şirkət olaraq dindən asılı deyilik. Çoxmillətli bir şirkət olmağa çalışarkən, hər dindən və millətdən işçimiz olmasını gözləyirik”, - demişdi.

- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı