“Düşünürəm ki, bəzi məsələlərin üstünü açmağın vaxtıdır. Hamınız bilirsiniz ki, “Barselona” qonşu ölkədə (Azərbaycanı nəzərdə tutur – red.) futbol akademiyası açacaq, amma bu, sikkənin o biri üzüdür”.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni marketoloq Alfred Petrosyan Feysbuk hesabında yazıb.
O bildirib ki, sözügedən akademiya Ermənistanda açılmalı idi, lakin plan baş tutmadı:
“Sikkənin digər tərəfində belə bir hekayə var: “Barselona” akademiyası Ermənistanda açılacaqdı. Mən bütün bu prosesi idarə etdim, hətta ilkin müqavilə də imzaladıq. Müqaviləmizdə xüsusi bir bənd var idi: buna görə yaxın 40 ildə qonşu ölkələrimizdən heç birində “Barselona” akademiyası açılmamalı idi. Layihənin səfiri kimi Ronaldinyonu seçmişdik. Təkcə müqavilənin imzalanması üçün tarix təyin etmək qalırdı, amma gördüyünüz kimi, o gün heç vaxt gəlmədi”.
Qeyd edək ki, martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edib. Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Aqrar sahə ilə bağlı regional müşavirələrə start verilir
- Pensiyaçılara şad xəbər
- 26 yaşlı oğlan kafedə qətlə yetirildi
- Müştəri taksidə qarət edildi: 120 minlik oğurluq - Foto
- "Veysəloğlu" AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda...
- Azərbaycan XİN Rusiyanı təbrik etdi
- Sosşəbəkədə yaş məhdudiyyəti: uşaqlar “aldada” biləcək?
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?