Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib:
“İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir”.
Qeyd edək ki, A.Simonyan “yaxın günlərdə çox maraqlı hadisələr ola bilər” deyərkən konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Bundan başqa, indiki məqamda İrəvandan eskalasiya anonsunun verilməsi birmənalı deyil. Çünki Azərbaycan sərhəddə hər hansı aktivlik nümayiş etdirmir və sülh prosesinə sadiqdir. Bunun müqabilində isə Ermənistan Zəngəzurda yeni mövqelər inşa edir, mühəndis-istehkam işləri aparır.
- Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi
- Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi
- "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir
- Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Qəhrəmanmaraş odur
- Zaxarova Azərbaycana təşəkkür etdi
- İran savaşı dönüş nöqtəsinə çatdı
- Bakı anlayır: Bu halda çox pis olacaq - Solonnikov
- Bunu Azərbaycan ərazisi ilə edirik - Boqdanov