Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılması üçün zəmin hazırlayır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Vahe Davtyan yerli mediaya geniş müsahibəsində deyib.
“Paşinyan (mediada ötən gün dərc edilən) son yazısı ilə göstərdi ki, Ermənistan dəhlizi açmağa hazırdır. O başqa məsələdir ki, regionda İran İslam Respublikası adlı bir aktor var. İran Zəngəzur dəhlizini siyasi məsələ hesab edir. Ona görə də İran Zəngəzur dəhlizinin açılması perspektivinə qarşı çıxır”, - o bildirib.
O iddia edib ki, Fransa da uranın nəqli üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:
“Fransa Afrika qitəsini, o cümlədən uran əldə etmək imkanını itirdi. Bundan sonra Makron Mərkəzi Asiyaya səfər edərək, həmin ölkələrin rəhbərləri ilə uran idxalı məsələsini müzakirə etdi və onun idxalını Orta Dəhliz marşrutu məntiqi çərçivəsində qəbul edib. Bununla yanaşı, Fransa nadir metallara marağını gizlətmir. Bu kontekstdə Orta Dəhliz Fransa üçün son dərəcə əhəmiyyətli olur. Paris buna görə nəqliyyat marşrutları axtarır və onlardan biri də Zəngəzur dəhlizidir”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər