Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin məlum görüşündən sonra Vaşinqtonun qlobal tərəfdaş nüfuzu müzakirələrə səbəb olub. Bir çox ekspert və siyasətçilər ABŞ-a güvənmək məsələsində tərəddüd edirlər. Hətta Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Vaşinqtonun müttəfiqi olmaq həyat üçün təhlükəlidir” ifadəsini işlətməkdən çəkinməyib.
Bu barədə fikirlərini BUTA.TV-la bölüşən gürcü politoloqu Gela Vasadze hesab edir ki, siyasətdə hər bir dövlətin öz marağı var.
“Müttəfiqlərin ABŞ-a münasibəti çətin ki, köklü şəkildə dəyişsin. Çünki bizim dünyamızda bütün tərəfdaşlar etibarsızdır və heç kimə güvənmək olmaz. Böyük siyasətlə məşğul olanlar bunu yaxşı bilirlər. Sadəcə, hər kəs öz maraqlarından çıxış edir”, - o bildirib.
Vasadze Tramp dönəmində NATO-nun dağılması ehtimalını da real hesab etmir:
“ABŞ-ın tərəfdaşları ilə hazırkı münasibəti nə NATO-nun dağılmasına səbəb olacaq, nə də ABŞ Alyansdan imtina edəcək. Trampın məqsədi Avropanı daha çox pul xərcləməyə və daha çox Amerika silahı almağa məcbur etməkdir. Qalanları isə manevrlər və sövdələşmə sənətidir. Bir də Putin Trampa Rusiyanı almağı təklif edir, amma çətin ki, onlar satış şərtləri barədə razılığa gəlsinlər”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər