Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinin zəruri ehtiyaclarının ödənilməsi üçün 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.
XİN-dən BUTA.TV-a bildirilib ki, humanitar yardım çərçivəsində məktəbdə təhsil alan və yaşayan əqli qüsurlu uşaqların bir sıra təxirəsalınmaz sosial tələbatları, həmçinin məktəb binasının ən təcili maddi-texniki ehtiyacları təmin ediləcək.
AİDA-nın humanitar aksiyası münasibəti ilə martın 7-də məktəbdə təşkil edilən təqdimat mərasimində Vihiqa əyalətinin qubernatoru dr. Uilber Ottiçilo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Keniya təhsil nazirinin birinci müavini Beatris İnyanqala, millət vəkililəri Beatris Adagala və Klement Sloya, Vihiqa əyalətinin müvəkkili Florens Sitava və ictimaiyyət nümayəndələri iştirak ediblər.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər