Göyçay rayonunun İnçə kəndində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Kənd sakini 43 yaşlı Gülnarə Səmədova həyətindəki meyvə ağacından özünü asaraq həyatına son qoyub. Mərhumun həyat yoldaşı hadisənin aralarındakı mübahisədən sonra baş verdiyini bildirib:
"Səhər saat 5-də işə gedirdi, gecə saat 9-un yarısında evə gəlirdi. Evə qayıtmaqda çətinlik çəkirdi. Uşaqları tək qoyub gedirdi. Altı dənə uşaq evdə qalırdı, onların da məktəbi var, yeməyi var, içməyi var. Mən istədim ki, Gülnarə evdə qalsın, uşaqlara baxsın, amma o etiraz edərək dedi ki, yox, işləyəcək. İşə getdim, sonra xəbər aldım ki, özünü asıb. Uşaqları məktəbə və bağçaya göndərmişdi, məktəbdən qayıdanda uşaqlarımdan biri anasının meyitini tapıb".
Qeyd edək ki, Gülnarə Səmədova altı uşaq anası olub. Onun böyük övladı 18, kiçik övladı isə 5 yaşındadır. Yaxınları bildirirlər ki, Gülnarə ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün çox çalışıb. O, bağlarda işləyib, çoban kimi çalışıb və gün ərzində 15-20 manat qazanıb.
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto