Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir. Son 1 ayda bu artım daha da nəzərə çarpır.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən bildirir ki, hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən, ən bahalısı isə 120 manata alıcılara təklif olunur. Satıcılar deyirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərcləri artdıqca, qiymətlərə də öz təsirini göstərir. Bəs artıma səbəb nədir? Proses necə tənzimlənə bilər?
Uşaq qidalarında süni qiymət artımının qarşısının alınması, prosesə necə nəzarət olunması ilə bağlı suallara cavab almaq məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq. Ancaq iş günü olmadığı əsas gətirilərək suallarımız cavablandırılmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür